- Transfer
- 13:27 23.12.2025
“Bavariya"nın müdafiəçisi Saşa Boe Almaniya Bundesliqasını tərk edərək yenidən Türkiyə Superliqasında oynaya bilər.
90deqiqe.Az xəbər verir ki, 25 yaşlı futbolçunun transferində sabiq komandası “Qalatasaray” ciddi maraq göstərir. Artıq futbolçunun agenti ilə danışıqlara başlanılıb.
İstanbul klubu müdafiəçinin transferi uğrunda İngiltərədən “Nyukasl” və “Kristal Pelas”la mübarizə aparacaq.
“Bavariya” isə futbolçunu satmaqla təxminən 20 milyon avro gəlir əldə etməyi planlaşdırır.
Saşa 2024-cü ilin yanvarından Münhen klubunda çıxış edir və onun müqaviləsi 2028-ci ilin iyun ayına qədər qüvvədədir. Transfermarkt portalına görə, müdafiəçinin bazar dəyəri 18 milyon avrodur.