- Transfer
- 22:50 23.12.2025
Transfer bazarında “Bornmut”un hücumçusu Antuan Semenyo uğrunda mübarizə qızışıb.
90deqiqe.Az xəbər verir ki, 25 yaşlı futbolçunun transferi uğrunda yarışa “Çelsi” də qoşulub. Bundan başqa, “Mançester Siti”, “Mançester Yunayted” və “Liverpul” da oyunçunu heyətinə qatmaq istəyən klublar sırasındadır.
Daha əvvəl mətbuatda Semenyonun müqaviləsində 65 milyon funt sterlinq (təxminən 74,5 milyon avro) məbləğində sərbəstqalma maddəsinin yer aldığı bildirilmişdi. Nüfuzlu insayder Fabritsio Romanonun sözlərinə görə, bu maddəni 10 yanvar tarixinədək aktivləşdirmək mümkündür.
Qeyd edək ki, 2025/2026 mövsümündə Antuan Semenyo bütün turnirlər üzrə 17 oyunda meydana çıxaraq 8 qol vurub və 3 məhsuldar ötürmə edib.