23 dekabr 2025. Çərşənbə axşamı

"Barselona"ya "Mançester Siti" və "Çelsi"dən oyunçular təklif olunub


  • Transfer
  • 20:39 23.12.2025
  • Oxunma sayı: 31
"Barselona"ya "Mançester Siti" və "Çelsi"dən oyunçular təklif olunub

“Barselona” qış transfer pəncərəsində müdafiənin mərkəzinə yeni futbolçu cəlb etməyə hazırlaşır.

90deqiqe.Az "Sport"a istinadən xəbər verir ki, buna səbəb əsas müdafiəçilərdən biri olan Andreas Kristensenin zədələnməsidir. Bir neçə menecer və agent artıq “Barselona”ya mərkəz müdafiəçisi mövqeyi üçün iki namizəd təklif edib.

Belə ki, “blauqrana”ya “Mançester Siti”nin futbolçusu Natan Ake və “Çelsi”nin müdafiəçisi Aksel Disasi təklif olunub.

Qeyd edilir ki, “Barselona” yalnız Hans-Diter Flikin tələblərinə uyğun gələn futbolçu ilə müqavilə imzalayacaq.

Məlumata əsasən, 30 yaşlı Natan Akenin bazar dəyəri 18 milyon avro, 27 yaşlı Aksel Disasinin isə 15 milyon avro təşkil edir.







Transfer

“Real”ı “Lion”a dəyişdi
  • Transfer
  • 20:54 23.12.2025
“Real”ı “Lion”a dəyişdi