23 dekabr 2025. Çərşənbə axşamı

“Real”ı “Lion”a dəyişdi


  • Transfer
  • 20:54 23.12.2025
  • Oxunma sayı: 40
“Real”ı “Lion”a dəyişdi

“Real”ın hücumçusu Endrik 2025/2026 mövsümünün ikinci hissəsini “Lion”da keçirəcək.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki,  Fransa təmsilçisi braziliyalı futbolçu yayadək icarəyə götürülüb. “Tkaçı” 19 yaşlı futbolçunun icarəsi üçün 1 milyon avro ödəyəcək. 

Endrik komandaya 29 dekabr tarixində qoşulacaq və “Lion”da ən önəmli şey – oyun vaxtı əldə edəcək. Mövsümün ilk hissəsində gənc braziliyalı “Real”ın heyətində yalnız 3 oyunda iştirak edib və təxminən 100 dəqiqə meydana çıxıb.

Hazırda “Lion” Fransa çempionatının turnir cədvəlində beşinci pillədə qərarlaşıb. Komandanın növbəti oyunu 3 yanvar tarixində “Monako” ilə olacaq.







Transfer

“Real”ı “Lion”a dəyişdi
  • Transfer
  • 20:54 23.12.2025
“Real”ı “Lion”a dəyişdi