24 dekabr 2025. Çərşənbə

"Sevilya" "Ayntraxt"ın hücumçusunu transfer etmək istəyir


  • Transfer
  • 21:36 23.12.2025
  • Oxunma sayı: 46
"Sevilya" "Ayntraxt"ın hücumçusunu transfer etmək istəyir

“Ayntraxt”ın hücumçusu Elia Vai karyerasını “Sevilya”da davam etdirə bilər.

90deqiqe.Az-ın "L’Équipe"yə istinadən məlumatına görə, Əndəlüs təmsilçisi heyətini fransalı futbolçu ilə gücləndirməyi planlaşdırır. 

22 yaşlı futbolçu Almaniya klubunda özünü göstərə bilməyib və karyerasına yeni istiqamət axtarır.

“Nitsa” da Vayi üçün icarə variantı üzərində çalışır, lakin İspaniya klubu icarə ilə birlikdə alınma hüququ təklif edir ki, bu da müqavilənin bağlanmasında üstünlük hesab edilə bilər.

Hücumçu bu ilin yanvar ayında "Marsel"dən Ayntraxta transfer olunub və o vaxtdan bəri Frankfurt klubunun heyətində 25 oyunda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Vayinin hazırkı müqaviləsi 2030-cu ilə qədər qüvvədədir, onun bazar dəyəri isə Transfermarkta görə 12 milyon avro qiymətləndirilir.







Transfer

“Real”ı “Lion”a dəyişdi
  • Transfer
  • 20:54 23.12.2025
“Real”ı “Lion”a dəyişdi