24 dekabr 2025. Çərşənbə

Haverts məşqlərə qayıtdı - VİDEO


  • Transfer
  • 21:52 23.12.2025
  • Oxunma sayı: 39
Haverts məşqlərə qayıtdı - VİDEO

“Arsenal” komandasında Kay Havertsin məşqlərə qayıtması maraqlı anlarla müşayiət olunub.

90deqiqe.Az xəbər verir ki, klubun yaydığı videoda futbolçular almaniyalı futbolçu üçün “koridor” yaradaraq onu salamlayıblar. Sonrakı kadrlar isə hücumçunun bazada qapıya zərbələr endirməsini əks etdirir.

Almaniyalı futbolçu 2025-ci ildə əsasən oyunlardan uzaq qalıb. Keçən mövsümün əksər hissəsini zədəyə görə buraxan Haverts yalnız may ayında tam bərpa olunub. Cari mövsüm isə Premyer Liqanın ilk turunda, “Mançester Yunayted” ilə matçda (1:0) dizindən zədə alıb. Onun tam bərpası komanda üçün vacib amil hesab olunur.







Transfer

“Real”ı “Lion”a dəyişdi
  • Transfer
  • 20:54 23.12.2025
“Real”ı “Lion”a dəyişdi