24 dekabr 2025. Çərşənbə

“Lans” “Leypsiq”in sabiq futbolçusunu transfer etdi


  • Transfer
  • 21:57 23.12.2025
  • Oxunma sayı: 40
“Lans” “Leypsiq”in sabiq futbolçusunu transfer etdi

“Lans” Almaniya klubu “Leypsiq”in keçmiş müdafiəçisi Amadu Aidara ilə müqavilə imzalayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi mətbuat xidməti məlumat yayıb. Müqavilənin müddəti üç yarım ildir.

27 yaşlı maliyalı futbolçu “Real Bamako” klubunun yetirməsidir. 2016-cı ildə Avstriya klubu “Red Bull Zaltsburq”a keçmiş, üç il sonra isə “Leypsiq”ə transfer olunub. Aidara “Leypsiq”də 150-dən çox oyun keçirib. O, həmçinin Mali milli komandası ilə 50 oyunda iştirak edib.

Hazırda “Lans” Fransanın Liqə 1 turnir cədvəlində liderdir. Komanda 37 xal toplayıb və PSJ ilə arasındakı fərq cəmi bir xal təşkil edir.







Transfer

“Real”ı “Lion”a dəyişdi
  • Transfer
  • 20:54 23.12.2025
“Real”ı “Lion”a dəyişdi