24 dekabr 2025. Çərşənbə

"İnter"in futbolçusu "Yuventus"a keçməyə hazırdır


  • Transfer
  • 22:50 23.12.2025
  • Oxunma sayı: 33
"İnter"in futbolçusu "Yuventus"a keçməyə hazırdır

“İnter”in yarımmüdafiəçisi Davide Frattezi karyerasını “Yuventus”da davam etdirə bilər.

90deqiqe.Az-ın məlumata görə, 26 yaşlı futbolçu yanvar transfer pəncərəsində “qoca sinyora”ya keçməyə müsbət yanaşır. Bildirilir ki, Turin klubu Frattezinin icarə əsasında, müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə məcburi satınalma maddəsi ilə heyətə cəlb olunmasını nəzərdən keçirir.

Frattezi 2025/2026 mövsümündə bütün turnirlər üzrə 14 matçda iştirak edib və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Nüfuzlu Transfermarkt portalının qiymətləndirməsinə əsasən, yarımmüdafiəçinin bazar dəyəri 28 milyon avro təşkil edir.

Hazırda “İnter” 33 xalla A Seriyasının turnir cədvəlinə başçılıq edir, “Yuventus” isə 29 xalla beşinci pillədə qərarlaşıb.







Transfer

“Real”ı “Lion”a dəyişdi
  • Transfer
  • 20:54 23.12.2025
“Real”ı “Lion”a dəyişdi