24 dekabr 2025. Çərşənbə

“Çelsi” bu futbolçunun transferindən imtina etdi


  • Transfer
  • 23:16 23.12.2025
  • Oxunma sayı: 41
“Çelsi” bu futbolçunun transferindən imtina etdi

“Bornmut”un hücumçusu Antuan Semenyo Premyer Liqanın aparıcı klublarının diqqət mərkəzindədir.

90deqiqe.Az-ın "The Athletic"ə istinadən məlumatına görə, “Çelsi” 25 yaşlı futbolçu ilə bağlı ilkin sorğu göndərsə də, daha sonra transfer istiqamətində irəliləməkdən imtina edib. London klubu heyətin kifayət qədər geniş və balanslı olduğunu düşünür. Bununla belə, “Çelsi” transfer bazarındakı müxtəlif variantları izləməkdə davam edəcək.

Qeyd edək ki, cari mövsümdə Antuan Semenyo Premyer Liqada 16 matçda 8 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun müqaviləsində təxminən 74 milyon avro məbləğində sərbəstqalma maddəsi yer alır.







Transfer

“Real”ı “Lion”a dəyişdi
  • Transfer
  • 20:54 23.12.2025
“Real”ı “Lion”a dəyişdi