24 dekabr 2025. Çərşənbə

“Barselona” Qehilə razılığa gələ bilmədi


  • Transfer
  • 23:53 23.12.2025
  • Oxunma sayı: 37
“Barselona” Qehilə razılığa gələ bilmədi

“Kristal Pelas”ın mərkəz müdafiəçisi Mark Qehi “Barselona”ya keçməyəcək.

90deqiqe.Az xəbər verir ki, “mavi-bordo” komanda İngiltərəli futbolçunun transferi üçün namizədlər arasında yer alsa da, tərəflər razılığa gələ bilmir.

“Qartallar”ın kapitanı ilə danışıqlar maaş tələbləri səbəbindən tıxanıb. 25 yaşlı futbolçu həmçinin “Bavariya” və “Liverpul”dan təkliflər alıb və “Barselona”nın ona zəruri zəmanətləri verməsini gözləmək niyyətində deyil.

Mark Qehinin “Kristal Pelas”la müqaviləsi cari mövsümün sonunda başa çatır. Yanvar ayından etibarən o, digər klubla ön müqavilə imzalaya bilər.







Transfer

“Real”ı “Lion”a dəyişdi
  • Transfer
  • 20:54 23.12.2025
“Real”ı “Lion”a dəyişdi