25 dekabr 2025. Cümə axşamı

Premyer Liqada 17-ci yerdə olsa da, dünyanın ən dəyərli 15 klubu arasında


  • Transfer
  • 23:30 24.12.2025
  • Oxunma sayı: 31
Premyer Liqada 17-ci yerdə olsa da, dünyanın ən dəyərli 15 klubu arasında

"Transfermarkt" saytı dünyanın ən bahalı klublarının ümumi heyət dəyəri üzrə reytinqini yeniləyib.

90deqiqe.Az xəbər verir ki, siyahının lideri Madridin “Real” klubudur (€1,38 milyard). İkinci pillədə “Arsenal” (€1,29 milyard), üçüncü yerdə isə “Mançester Siti” (€1,19 milyard) qərarlaşıb. Eyni göstərici PSJ üçün də keçərlidir.

Qeyd edək ki, “Nottingem Forest” 13-cü pillədə (€620 milyon) yer alıb, halbuki hazırda İngiltərə Premyer Liqasında 17-ci mövqedədir.

Ümumi top-20 belədir:

  1. “Real” (€1,38 milyard)

  2. “Arsenal” (€1,29 milyard)

  3. “Mançester Siti” (€1,19 milyard)

  4. “Paris Sen-Jermen” (€1,19 milyard)

  5. “Çelsi” (€1,18 milyard)

  6. “Barselona” (€1,12 milyard)

  7. “Liverpul” (€1,04 milyard)

  8. “Bavariya” (€981 milyon)

  9. “Tottenhem Hotspur” (€879 milyon)

  10. “Mançester Yunayted” (€719 milyon)

  11. “Nyukasl Yunayted” (€713 milyon)

  12. “İnter” (€670 milyon)

  13. “Nottingem Forest” (€620 milyon)

  14. “Atletiko” (€589 milyon)

  15. “Yuventus” (€552 milyon)

  16. “Brayton” (€520 milyon)

  17. “Aston Villa” (€520 milyon)

  18. “Borussiya Dortmund” (€511 milyon)

  19. “Kristal Pelas” (€502 milyon)

  20. “Milan” (€486 milyon)







Transfer