- Transfer
- 23:58 24.12.2025
“Fulhem”in hücumçusu Adama Traore klubunu dəyişə bilər.
90deqiqe.Az-ın "Daily Mail"ə istinadən məlumatına görə, “Vest Hem”in baş məşqçisi Nunu Espiritu Santu 29 yaşlı Traore ilə şəxsən maraqlanır. "Çəkiçlər" artıq futbolçunun agenti ilə danışqılara başlayıb.
Traorenin “Fulhem”lə mövcud müqaviləsi gələn yay başa çatacaq.
Gözlənilir ki, vəziyyət yanvar transfer pəncərəsinin ilk günlərində həll olunacaq. 2023-cü ildən “Fulhem”də çıxış edən Traore cari mövsümdə bütün turnirlər üzrə 16 oyunda iştirak edib, lakin qol vurmayıb. Onun aktivində yalnız bir məhsuldar ötürmə var. Transfermarkt portalının məlumatına görə, Traorenin bazar dəyəri 8 milyon avrodur.