25 dekabr 2025. Cümə axşamı

"Barselona" “Nottingem"in müdafiəçisini transfer etmək istəyir


  • Transfer
  • 23:58 24.12.2025
  • Oxunma sayı: 32
"Barselona" “Nottingem"in müdafiəçisini transfer etmək istəyir

“Nottingem Forest”in mərkəz müdafiəçisi Murillo “Barselona”ya keçə bilər.

90deqiqe.Az xəbər verir ki,  “mavi-qranatlılar” 23 yaşlı futbolçunun xidmətində maraqlıdır. Kataloniya təmsilçisi artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.

“Barselona” rəhbərliyi Murillonun keyfiyyətlərini yüksək qiymətləndirir və hesab edir ki, o, Hans-Diter Flikin sisteminə mükəmməl uyğun gəlir.

 Murillonun xidmətində “Çelsi”, “Real” və digər komandalar da maraqlıdır.

Cari mövsümdə Murillo bütün turnirlər üzrə 16 oyunda iştirak edib və bir qol vurub. Müdafiəçinin “Forest”lə müqaviləsi 2029-cu ilə qədərdir. Transfermarkt-ın ekspertləri onun bazar dəyərini 55 milyon avro qiymətləndirir.







Transfer