25 dekabr 2025. Cümə axşamı

Senesi ilə Avropanın iki nəhəngi maraqlanır


  • Transfer
  • 21:41 25.12.2025
  • Oxunma sayı: 36
Senesi ilə Avropanın iki nəhəngi maraqlanır

İngiltərənin “Bornmut” klubunun mərkəz müdafiəçisi Markos Senesi komandasını dəyişə bilər.

90deqiqe.Az xəbər verir ki, 28 yaşlı futbolçu “Yuventus” və “Barselona”nın maraq dairəsinə düşüb. 

Sözügedən klublar müdafiəçini bu qış simvolik məbləğə transfer etməyi planlaşdırır artıq futbolçunun agenti ilə danışıqlara da başlayıblar.

Əgər transfer yanvar ayında baş tutmasa, yayda danışıqlar yenidən aktivləşə bilər. Senesinin “Bornmut” ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Cari mövsümdə Senesi “Bornmut”un heyətində 17 oyuna çıxıb və 3 məhsuldar ötürmə edib. Transfermarkt portalına əsasən, futbolçunun bazar dəyəri 22 milyon avrodur.







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a