25 dekabr 2025. Cümə axşamı

"Atletiko"nu  “Liverpul”a dəyişir


  • Transfer
  • 21:50 25.12.2025
  • Oxunma sayı: 44
"Atletiko"nu  “Liverpul”a dəyişir

Madridin “Atletiko” klubunun hücumçusu Aleksandr Sörlot karyerasını “Liverpul”da davam etdirə bilər.

90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumatına görə, Mersisayd təmsilçisi bu həftə futbolçu ilə əlaqə saxlayıb.

30 yaşlı forvardın yüksək qiyməti səbəbindən İngiltərə klubunun yaxın zamanlarda onu transfer etməsi ehtimalı azdır. “Matrasniklər” Sörlotun mümkün transferini 35–40 milyon avro qiymətləndirirlər.

Cari mövsümdə “Atletiko”nun hücumçusu bütün turnirlərdə 22 oyuna çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun klub ilə mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalına əsasən, Sörlotun bazar dəyəri 20 milyon avrodur.







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a