- Transfer
- 23:44 25.12.2025
"Atletiko"nun hücumçusu Ciakomo Raspadori karyerasını vətənində davam etdirə bilər.
90deqiqe.Az-ın "Marca"ya istinadən məlumatına görə, Serie A təmsilçisi “Roma” 25 yaşlı forvardın xidmətində maraqlıdır. "Canavarlar" italyan futbolçu üçün icarə müqaviləsi təklif edib: 2 milyon avro və 20 milyon avro alış opsiyası ilə.
Madrid klubu “Atletiko” təklif yalnız alış opsiyası məcburi olduqda qəbul etməyə hazırdır.
Qeyd edək ki, Raspadori ötən yay klub üçün 22 milyon avro xərclənmişdi. Hücumçu cari mövsümdə 14 oyunda çıxış edib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Atletiko" La Liqa cədvəlində üçüncü yerdə qərarlaşıb.