26 dekabr 2025. Cümə

"Yuventus" bu dəfə italiyalı futbolçunu hədəfə aldı


  • Transfer
  • 22:37 25.12.2025
  • Oxunma sayı: 39
"Yuventus" bu dəfə italiyalı futbolçunu hədəfə aldı

İngiltərənin “Nyukasl” klubunun yarımmüdafiəçisi Sandro Tonali karyerasını “Yuventus”da davam etdirə bilər. 

90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, İtaliya klubu futbolçunun qış transfer pəncərəsində heyətinə qatmağı düşünür.

 Turin təmsilçisinin baş məşqçisi Lusiano Spaletti 25 yaşlı futbolçunun bacarıqlarını yüksək qiymətləndirir və onun komandaya əhəmiyyətli güc qatacağına inanır.

Klub rəhbərliyi də eyni fikirdədir və İngiltərə klubu ilə mümkün transfer variantlarını öyrənir. Bununla belə, "Nyukasl" Tonalini buraxmaq istəmir. Futbolçu öz istəyi ilə komandadan ayrılmaq istəsə və uyğun təklif gəlsə, klub satışı nəzərdən keçirə bilər. Turində isə başa düşürlər ki, futbolçunun transfer hüququnun alınması ciddi xərclər tələb edir və hazırda klub buna hazır deyil. Alternativ olaraq, "Yuventus" üçün icarə ilə götürüb sonradan almaq variantı nəzərdən keçirilir.







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a