26 dekabr 2025. Cümə

Deyan Stankoviçin oğlu "Tottenhem"ə keçə bilər


  • Transfer
  • 22:53 25.12.2025
  • Oxunma sayı: 42
Deyan Stankoviçin oğlu "Tottenhem"ə keçə bilər

 "Brügge"nin yarımmüdafiəçisi Aleksandar Stankoviç karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, "Tottenhem" 20 yaşlı müdafiəçi yarımmüdafiəçi ilə müqavilə imzalamaqda maraqlıdır. Həmçinin Stankoviçin keçmiş komandası “İnter” də onu geri gətirmək variantını nəzərdən keçirir. Milan klubu serbin transfer hüququ üçün 23 milyon avro ödəmək istəyir.

Xatırladaq ki, Aleksandar keçmiş futbolçu Deyan Stankoviçin oğludur.

Aleksandar Stankoviç bu yay "İnter"dən "Brügge"yə 9,5 milyon avroya qoşulub və 30 iyun 2029-cu ilə qədər müqavilə imzalayıb. Bu mövsüm yarımmüdafiəçi Belçika klubunda bütün yarışlarda 29 oyuna çıxıb, iki qol vurub və iki məhsuldar ötürmə edib.







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a