- Transfer
- 23:44 25.12.2025
“Latsio”nun müdafiəçi Nunu Tavareş karyerasını “Əl-İttihad” klubunda davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, 25 yaşlı futbolçu Səudiyyə klubu ilə razılığa gəlib və keçid qış transfer pəncərəsi zamanı reallaşa bilər.
İtaliya təmsilçisi portuqaliyalı müdafiəçini satmaq üçün minimum 20 milyon avro tələb edir. Razılaşma yaxın vaxtlarda yekunlaşacaq və Tavareş yeni ili yeni komandasında başlayacaq.
Tavareş 2023-cü ildə “Arsenal”dan 5 milyon avroya “Latsio”ya transfer olunub. Cari mövsümdə o, “Orlov”la 10 oyunda iştirak edib və bir məhsuldar ötürmə edib. Futbolçunun müqaviləsi 2029-cu ilə qədərdir. Transfermarkt-a görə, bazar dəyəri 15 milyon avrodur.