26 dekabr 2025. Cümə

“Barselona” onun transferində israrlıdır

kamerunlu


  • Transfer
  • 23:44 25.12.2025
  • Oxunma sayı: 34
“Barselona” onun transferində israrlıdır

“Levante”nin hücumçusu Etta Eyong hələ də “Barselona”nın maraq dairəsindədir.

90deqiqe.Az-ın "Diario Sport"a istinadən məlumatına görə, Kataloniya klubunun nümayəndələri kamerunlu futbolçunun Afrika Millətlər Kuboku 2025-dəki çıxışını diqqətlə izləyir və onun milli komandadakı debüt performansını qiymətləndirirlər. Artıq 22 yaşlı futbolçunun agenti ilə danışıqlara başlayıb.

Turnirə uğurlu start verən Eyong Kamerun millisinin qrup mərhələsinin ilk turunda Qabon üzərindəki 1:0 hesablı qələbəsində yeganə qolu vuraraq komandaya üç xal qazandırıb. Transfermarkt portalına görə, Eyongun bazar dəyəri 20 milyon avrodur. Cari La Liqa mövsümündə isə o, 15 oyunda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a