- Transfer
- 14:27 26.12.2025
“Neftçi”nin sabiq baş məşqçisi Miodraq Bojoviçin yeni iş yeri müəyyənləşib.
90deqiqe.Az xəbər verir ki, monteneqrolu mütəxəssis, ölkəsinin “Buduçnost” komandasında baş məşqçi vəzifəsinə təyin edilib. Onunla bağlanan müqavilənin şərtləri hələ ki, açıqlanmayıb.
Qeyd edək ki, Miodraq Bojoviç 2023-cü ilin dekabr ayından 2024-cü ilin iyununa qədər “Neftçi”nin baş məşqçisi kimi fəaliyyət göstərib.