- Transfer
- 22:05 26.12.2025
“Real” qış transfer pəncərəsində aktiv olmayacaq.
90deqiqe.Az-ın "COPE"ə istinadən məlumatına görə, klub rəhbərliyi bu qərarı baş məşqçi Xabi Alonsonun yarımmüdafiəçi transferi ilə bağlı istəyinə baxmayaraq qəbul edib. “Real”da hesab edirlər ki, mövcud heyətdə bu mövqedə oynaya biləcək yetərli futbolçular var.
Bildirilir ki, “Real” növbəti yayadək yeni oyunçu transfer etməyəcək və əsas diqqəti gənc futbolçuların inkişafına yönəldəcək.
“Kral klubu”nun bu dövrdə atacağı yeganə addım hücumçu Endrikin icarə əsasında “Lion”a keçidi olacaq.
Qeyd edək ki, Madrid təmsilçisi La Liqada geridə qalan 18 turdan sonra 42 xalla ikinci pillədə yer alır.