- Transfer
- 22:05 26.12.2025
“Flamenqo"nun hücumameyilli yarımmüdafiəçisi Xorxe Karraşkal karyerasında “Marsel” klubunda davam etdirə bilər.
90deqiqe.Az-ın "Globo"ya istinadən məlumatına görə, Fransa təmsilçisi kolumbiyalının transferi üçün Braziliya klubuna 20 milyon avroluq rəsmi təklif irəli sürüb.
“Flamenqo" isə 27 yaşlı futbolçunu satmaq niyyətində deyil. “Flamenqo” rəhbərliyi hazırkı heyətin saxlanılmasını prioritet hesab edir.
Qeyd edək ki, Karraşkal Braziliya klubuna Moskva “Dinamo”sundan 12 milyon avro qarşılığında transfer olunub.
Xorxe Karraşkal 2023-cü ilin yayından “Dinamo”nun formasını geyinib. O, paytaxt klubuna Moskva ÇSKA-sından keçmişdi və 2022-ci ilin fevralından etibarən “qırmızı-göylər”in şərəfini qoruyub.
Transfermarkt portalına əsasən, yarımmüdafiəçinin hazırkı bazar dəyəri 9 milyon avro olaraq qiymətləndirilir.