- Transfer
- 23:59 26.12.2025
“Barselona” 2026-cı ildə müdafiə mərkəzini gücləndirməyi planlaşdırır.
90deqiqe.Az-ın "Barca Centre"yə istinadən məlumatına görə, Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik üçün yay transferinin prioritet variantı Dortmund “Borussiya”sından Niko Şlotterbekdir. Klubun idman direktoru Deko isə Alessandro Bastoni namizədliyini üstün tutur, lakin italiyalı müdafiəçini “İnter”dən gətirmək çətin olacaq – həm onun komandanı tərk etmək istəməməsi, həm də yüksək qiyməti buna mane olur.
Transfermarkt portalına görə, Şlotterbekin və Bastoninin qiyməti müvafiq olaraq 55 və 80 milyon avro, hər iki futbolçunun yaşı isə 26-dır.