27 dekabr 2025. Şənbə

 “Real” Vinisius ayrılacağı təqdirdə Vitinyonu 100 milyon avroya ala bilər


  • Transfer
  • 13:43 27.12.2025
  • Oxunma sayı: 43
 “Real” Vinisius ayrılacağı təqdirdə Vitinyonu 100 milyon avroya ala bilər

 PSJ-nin yarımmüdafiəçisi Vitinya karyerasını İspaniya La Liqasında davam etdirə bilər. 

90deqiqe.Az-ın "Cadena Ser"ə istinadən məlumatına görə, “Real” klubu qarşıdan gələn yay transfer pəncərəsində cinah hücumçusu Vinisius Junioru satacağı təqdirdə, portuqaliyalını heyətinə qata bilər.

Braziliyalı futbolçunun 2027-ci ilin yayında başa çatan müqaviləsini “kral klubu” ilə uzatmamaq ehtimalı mövcuddur. Bu səbəbdən “Real” Vinisiusu 2026-cı ilin yayında satmağı nəzərdən keçirə bilər və madridlilər oyunçunu 100 milyon avrodan ucuz qiymətə buraxmaq niyyətində deyillər. Əldə olunacaq vəsait Vitinyanın transferinin maliyyələşdirilməsində istifadə oluna bilər.

Qeyd olunur ki, portuqaliyalı yarımmüdafiəçinin PSJ ilə müqaviləsində 100 milyon avro məbləğində sərbəstqalma bəndi var. Futbolçunun “Real”a keçməyə razılıq verməsi halında, Madrid təmsilçisi bu maddəni aktivləşdirə bilər.

Cari mövsümdə Vitinya bütün turnirlərdə 23 oyunda iştirak edib, 5 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun PSJ ilə mövcud müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 110 milyon avro təşkil edir.







Transfer