27 dekabr 2025. Şənbə

“Mançester Siti” Natan Akeni satışa çıxardı


  • Transfer
  • 14:02 27.12.2025
  • Oxunma sayı: 54
“Mançester Siti” Natan Akeni satışa çıxardı

“Mançester Siti” klubu mərkəz müdafiəçisi Natan Akeni satışa çıxarıb.

90deqiqe.Az-ın "Defensa Central"a istinadən məlumatına görə, futbolçunun namizədliyi “Real” klubuna təklif edilib.  İngiltərə təmsilçisi 30 yaşlı müdafiəçinin mümkün satışından 30 milyon avro gəlir əldə etmək niyyətindədir. “Şəhərlilər” Akeni azad agent statusunda buraxmaq istəmirlər.

Lakin hazırkı mərhələdə “Real” “Mançester Siti”nin müdafiəçisinə ciddi maraq göstərmir. Niderlandlı futbolçunun transferində daha real namizəd kimi “Barselona” ön plana çıxır.

Natan Ake 2020-ci ilin yayından etibarən “şəhərlilər”in formasını geyinir. Cari mövsümdə o, bütün turnirlərdə 13 oyunda iştirak etsə də, məhsuldar göstəricilərlə yadda qalmayıb. Futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, Akenin bazar dəyəri 18 milyon avro təşkil edir.







Transfer