- Transfer
- 16:53 27.12.2025
“Volfsburq”un müdafiəçisi Konstantinos Kulyerakis və “Hamburq”un müdafiəçisi Luka Vuşkoviç (icarədə “Tottenhem”dən) karyeralarını İspaniya davam etdirə bilər.
90deqiqe.Az-ın "Sport.es"ə istinadən məlumatına görə, sözügedən futbolçuların xidmətində “Barselona” klubu maraqlıdır. İspaniya nəhənginin idman direktoru Deku artıq futbolçuların agenti ilə ilkin danışıqlar da aparıb.
Kataloniyalı klubun qış transfer pəncərəsində adı çəkilən oyunçulardan hər hansı birini transfer etməsi çox az ehtimal olunur.
Cari mövsümdə Kulyerakis bütün turnirlərdə 16 oyunda iştirak edib, amma məhsuldar göstərici ilə yadda qalmayıb. Onun “Volfsburq”la müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalına əsasən, futbolçunun bazar dəyəri 25 milyon avro təşkil edir.
Vuşkoviç isə mövsüm ərzində 15 oyunda iştirak edib və 2 qol vurub. Müdafiəçinin “Tottenhem”lə müqaviləsi 2030-cu ilin yayına qədərdir. Onun bazar dəyəri 40 milyon avro olaraq qiymətləndirilir.