27 dekabr 2025. Şənbə

“Real”ı "Napoli"yə dəyişir?


  • Transfer
  • 15:18 27.12.2025
  • Oxunma sayı: 25
“Real”ı "Napoli"yə dəyişir?

“Real”ın cinah hücumçusu Franko Mastantuono karyerasını "Napoli"də davam etdirə bilər.

90deqiqe.Az-ın "Defensa Central"a istinadən məlumatına görə, 18 yaşlı futbolçunun xidmətində İtaliya klubu maraqlıdır.

Neapol təmsilçisi argentinalı futbolçunun transferi üçün bu qış 50 milyon avro təklif etməyə hazırdır. 

Lakin “kral klubu” Mastantuononu satmaq niyyətində deyil və onun mövsümün ikinci yarısında ən yaxşı oyununu göstərəcəyini gözləyir.

Cari mövsümdə Mastantuono bütün turnirlərdə 14 oyunda iştirak edib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla mövcud müqaviləsi 2031-ci ilin yayına qədərdir. Transfermarkt portalına əsasən, onun bazar dəyəri 50 milyon avro təşkil edir.







Transfer