27 dekabr 2025. Şənbə

Nkunku Səudiyyə Ərəbistanı klublarının təklifini rədd etdi


  • Transfer
  • 15:44 27.12.2025
  • Oxunma sayı: 19
Nkunku Səudiyyə Ərəbistanı klublarının təklifini rədd etdi

"Milan"da çıxış edən hücumçu Kristofer Nkunku karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, fransız futbolçunun xidmətində Səudiyyə klubları maraqlıdır. 

Təcrübəli forvard bir neçə təklif alıb, lakin onları rədd edib. Hazırda Nkunku Yaxın Şərq klublarına keçidə maraq göstərmir və İtaliya klubunda çıxışını davam etdirmək istəyir.

Nkunkunun transfer qiyməti 32 milyon avro olaraq göstərilir. O, “Rossoneri” ilə mövcud müqaviləsinə 2030-cu ilin ortasına qədər bağlıdır. Cari mövsümdə Nkunku “Milan” üçün 14 oyunda iştirak edib, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer