- Transfer
- 16:53 27.12.2025
"AZ Alkmar" yarımmüdafiəçi Kes Smit karyerasını “Real” klubunda davam etdirə bilər.
90deqiqe.Az-ın "The Athletic"ə istinadən məlumatına görə, 19 yaşlı futbolçunun xidmətində Madrid nəhəngi maraqlıdır.
“Kral klubu” niderlandlı futbolçunu 29 yaşlı Daniyel Sebalyosun əvəzedicisi kimi nəzərdən keçirib. Artıq futbolçunun agenti ilə danışıqlara da start verilib. Lakin Alkmar təmsilçisi Smiti qış transfer pəncərəsində buraxmaq niyyətində deyil və onun gələcək satışından təxminən 60 milyon avro gəlir əldə etməyi planlaşdırır.
Kes Smitə yalnız “Real” yox, həmçinin “Barselona”, “Mançester Yunayted”, “Nyukasl” və “Borussiya Dortmund” da maraq göstərir.
Cari mövsümdə Smit bütün turnirlərdə 27 oyunda iştirak edib, 2 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla mövcud müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt portalına əsasən, futbolçunun bazar dəyəri 22 milyon avro təşkil edir.