27 dekabr 2025. Şənbə

Semenyonun keçidi tamamlanmaq üzrədir


  • Transfer
  • 21:31 27.12.2025
  • Oxunma sayı: 42
Semenyonun keçidi tamamlanmaq üzrədir

“Bornmut”un hücumçusu Antuan Semenyo yanvar ayının əvvəlinə qədər “Mançester Siti”yə transferini yekunlaşdırmağı planlaşdırır.

90deqiqe.Az-ın "BBC"ə istinadən məlumatına görə, “şəhərlilər” futbolçunu komandada saxlamağa maraqlıdır və bu, ən azı “Arsenal” və “Tottenhem”lə oyunlara şamil oluna bilər.

Bildirilir ki, Semenyonun transferindəki 65 milyon funt sterlinq məbləğindəki çıxış maddəsinin müddəti 10 yanvar tarixində bitir.

Semenyo isə transferin tezliklə tamamlanmasını tələb edir. Gözlənilir ki, növbəti 48 saat ərzində tərəflər lazımi rəsmi prosedurlara başlayaraq razılaşmanı yekunlaşdıracaqlar.







Transfer