- Transfer
- 21:52 27.12.2025
“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali karyerasını “Yuventus”da davam etdirə bilər.
90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, Turin təmsilçisi italiyalı futbolçunu qış transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.
İtaliya klubu Tonalini gələcək mövsüm Çempionlar Liqasına vəsiqə qazandığı halda icarə əsasında, sonradan alma öhdəliyi ilə transfer etmək niyyətindədir. Eyni zamanda, “Yuventus” yarımmüdafiəçinin alınması üçün Conatan Deyvidin transferini də sövdələşməyə daxil etməyi nəzərdən keçirir.
“Sağsağanlar” futbolçunu yalnız uyğun təklif olduqda buraxmağa hazırdır.
Cari mövsümdə Tonali bütün turnirlərdə 24 oyunda iştirak edib və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla mövcud müqaviləsi 2028-ci ilin yayına qədərdir, bazar dəyəri isə 75 milyon avro qiymətləndirilir.