27 dekabr 2025. Şənbə

“Milan” onu “Yuventus”dan transfer etmək üçün iki oyunçusunu təklif etməyə hazırdır


  • Transfer
  • 21:52 27.12.2025
  • Oxunma sayı: 35
“Milan” onu “Yuventus”dan transfer etmək üçün iki oyunçusunu təklif etməyə hazırdır

 “Yuventus”un müdafiəçisi Federiko Qatti karyerasını “Milan”da davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, "rossenerilər" 27 yaşlı futbolçunu almaq müqabilində müdafiəçisi Koni de Vinter və hücumçusu Santyaqo Ximenesi təklif edib. 

 Turin klubu isə italyan futbolçunu komandada saxlamaq niyyətindədir.  “Milan”ın yarımmüdafiəçi Samuele Riççinin Qatti ilə dəyişdirilməsi variantını nəzərdən keçirməsi barədə məlumatları təkzib edib.

Cari mövsümdə Qatti bütün turnirlərdə 14 oyunda iştirak edib və 2 qol vurub. Futbolçunun klubla mövcud müqaviləsi 2030-cu ilin yayına qədərdir, bazar dəyəri isə 20 milyon avrodur.







Transfer