28 dekabr 2025. Bazar günü

“Real”ın yay planı


  • Transfer
  • 16:26 28.12.2025
  • Oxunma sayı: 40
“Real”ın yay planı

 “Real” klubu gələn yay azad agent statusu alacaq yarımmüdafiəçiləri yaxından izləyir.

90deqiqe.Az-ın "AS"a istinadən məlumatına görə, “kral klubu” qış transfer pəncərəsində bu mövqeni gücləndirməyi planlaşdırmır. 

Mənbənin məlumatına görə, “Real” üçün mümkün variantlardan biri Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun 28 yaşlı yarımmüdafiəçisi Ruben Neveşdir. Futbolçunun mövcud müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Qeyd olunur ki, Səudiyyə təmsilçisi cari qış transfer dövründə €15–20 milyon məbləğində təklif alacağı təqdirdə oyunçunu satmağa hazırdır.

Ruben Neveş 2023-cü ilin yayından “Əl-Hilal”ın formasını geyinir. O, cari mövsümdə bütün turnirlərdə 16 oyunda iştirak edib, 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 25 milyon avro təşkil edir.







Transfer

“Real”ın yay planı
  • Transfer
  • 16:26 28.12.2025
“Real”ın yay planı