28 dekabr 2025. Bazar günü

"Çelsi" “Mançester Siti”nin yetirməsini transfer edir


  • Transfer
  • 17:57 28.12.2025
  • Oxunma sayı: 35
"Çelsi" “Mançester Siti”nin yetirməsini transfer edir

  “Nottingem Forest”in yarımmüdafiəçisi Ceyms Makeyti “Çelsi” klubunun maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın "Daily Mail"ə istinadən məlumatına görə,  23 yaşlı futbolçunun xidmətində London klubu maraqlıdır.

Mənbənin bildirdiyinə görə, “Çelsi”nin baş məşqçisi Enzo Mareska İngiltərə futbolçusunun oyununu yüksək qiymətləndirir. O, Makeytini “Mançester Siti”də çalışdığı dövrdən tanıyır. Makeyti ötən yay “göy-yaşıllar”dan “Nottingem Forest”ə keçib və keçid məbləği təxminən 30 milyon funt sterlinq olub. Lakin futbolçuda “sabitlik çatışmır”. 

Futbolçu ilə “Lids” klubu da maraqlanır.

Ceyms Makeyti “Mançester Siti”nin yetirməsidir. Böyük komandada o, bütün turnirlər daxil olmaqla 34 oyunda iştirak edib və 7 qol vurub. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 23 milyon avro təşkil edir.







Transfer

“Real”ın yay planı
  • Transfer
  • 16:26 28.12.2025
“Real”ın yay planı