28 dekabr 2025. Bazar günü

“Mançester Yunayted” bu futbolçuya görə 65 milyon avro ödəməyə hazırdır


  • Transfer
  • 19:26 28.12.2025
  • Oxunma sayı: 37
“Mançester Yunayted” bu futbolçuya görə 65 milyon avro ödəməyə hazırdır

“Mançester Yunayted” Fransa millisinin üzvü və “Roma” klubunun yarımmüdafiəçisi Manu Koneni transfer etməyə yaxındır.

90deqiqe.Az-ın "Caught Offside"yə istinadən məlumatına görə, "qırmızı şeytanlar" futbolçunu əsaslı yarımmüdafiə islahatları üçün hədəf seçib. Artıq futbolçunun agenti ilə danışıqlara da başlanılıb.

İtaliya klubu yanvarda Konenin satışını istisna edib, lakin yayda “qurdlar” onu təxminən 60-65 milyon avroya satmağa hazır olacaq.

Cari mövsümdə Konenin bütün turnirlər üzrə 21 oyunu olub və 1 məhsuldar ötürmə qeydə alınıb. Onun “Roma” ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt-ın məlumatına görə, futbolçunun bazar qiyməti 50 milyon avrodur.







Transfer

“Real”ın yay planı
  • Transfer
  • 16:26 28.12.2025
“Real”ın yay planı