- Transfer
- 20:47 28.12.2025
Hazırda icarə əsasında “Hamburq”da çıxış edən müqavilə ilə "Tottenhem”ə məxsus mərkəz müdafiəçisi Luka Vuşkoviç karyerasını “Barselona”da davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, Kataloniya təmsilçisi 18 yaşlı futbolçunun xidmətində maraqlıdır. İspaniya nəhəngi artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.
Futbolçunun qış pəncərəsində keçid ehtimalı azdır və yalnız 2026-cı ilin yayında baş tuta biləcəyi gözlənilir.
Vuşkoviçin oyunları yalnız “Barselona”nın deyil, həmçinin Almaniya, İngiltərə və İtaliya klublarının diqqətini cəlb edib. Bu mövsüm müdafiəçi 15 oyunda meydana çıxıb və 2 qol vurub. Onun “Tottenhem” ilə müqaviləsi 2030-cu ilə qədərdir, bazar qiyməti isə 40 milyon avrodur.