- Transfer
- 23:59 29.12.2025
“Mançester Yunayted” rəhbərliyi heyəti gücləndirmək istiqamətində planlar qurur.
90deqiqe.Az-ın "CaughtOffside"yə istinadən məlumatına görə, “qırmızı şeytanlar” klubun yetirməsi olan hücumameyilli yarımmüdafiəçi Skott Maktomineylə yolların ayrılmasından peşmanlıq duyur və futbolçunun geri qaytarılması imkanını nəzərdən keçirir.
Hazırda şotlandiyalı futbolçu “Napoli”nin heyətində stabil çıxışı ilə diqqət çəkir. Cari mövsümdə bütün turnirlər üzrə 24 oyunda meydana çıxan Maktominey 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, nüfuzlu Transfermarkt portalı 29 yaşlı Skott Maktomineyin bazar dəyərini 45 milyon avro olaraq qiymətləndirir.