30 dekabr 2025. Çərşənbə axşamı

"Mançester Yunayted" və "Barselona" "Real"ın transferindən imtina edə bilər


  • Transfer
  • 23:13 29.12.2025
  • Oxunma sayı: 43
"Mançester Yunayted" və "Barselona" "Real"ın transferindən imtina edə bilər

“Real” qarşıdan gələn ildə yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.

90deqiqe.Az "The Athletic"ə istinadən xəbər verir ki, “kral klubu” "AZ Alkmaar"ın yarımmüdafiəçisi Kes Smitlə maraqlanır. İspaniya nəhəngi artıq 19 yaşlı futbolçunun agenti ilə danışıqlara başlayıb. Lakin niderlandlı futbolçuya maraq göstərən yeganə klub Madrid təmsilçisi deyil.

 “Mançester Yunayted” də Smit uğrunda “Real”la rəqabət aparacaq klublar sırasındadır. Bundan əlavə, 19 yaşlı yarımmüdafiəçi “Nyukasl”, “Barselona” və Dortmund “Borussiya”sının da diqqət mərkəzindədir.

Bildirildiyinə görə, Kes Smitin mümkün transferinin dəyəri təxminən 60 milyon avro təşkil edə bilər.

2025/2026 mövsümündə niderlandlı futbolçu bütün turnirlərdə 27 matça çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer