30 dekabr 2025. Çərşənbə axşamı

"Liverpul" "Kristal Pelas"ın müdafiəçisini hədəfə alıb


  • Transfer
  • 23:16 29.12.2025
  • Oxunma sayı: 39
"Liverpul" "Kristal Pelas"ın müdafiəçisini hədəfə alıb

“Kristal Pelas”ın müdafiəçisi Maksans Lakrua karyerasını top-klubda davam etdirə bilər.

90deqiqe.Az "Mail Sport"a istinadən xəbər verir ki,  26 yaşlı futbolçunun transferində “Liverpul” maraqlıdır. Müdafiəçi “qırmızılar”ın qısa siyahısına daxil edilib. Mersisayd təmsilçisi artıq futbolçunun agenti ilə ilkin danışıqlara da başlayıb.

Bundan əlavə, İngiltərə çempionu statusunu daşıyan klub “Brügge”dən Joel Ordonez, “Selta”dan Oskar Mingesa və “Brentford”dan Natan Kollinz variantlarını da nəzərdən keçirir.

Qeyd edək ki, Maksans Lakrua 2024-cü ilin yayında “Volfsburq”dan “Kristal Pelas”a 18 milyon avro qarşılığında transfer olunub. Futbolçunun London klubu ilə müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədədir.

Cari mövsümdə fransalı müdafiəçi “qartallar”ın heyətində 28 matçda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Transfermarkt portalı Lakruanın bazar dəyərini 35 milyon avro olaraq qiymətləndirir.







Transfer