30 dekabr 2025. Çərşənbə axşamı

Semenyo “Mançester Siti” ilə razılığa gəlib


  • Transfer
  • 23:21 29.12.2025
  • Oxunma sayı: 46
Semenyo “Mançester Siti” ilə razılığa gəlib

“Bornmut”un vingeri Antuan Semenyo qış transfer pəncərəsində “Mançester Siti”yə keçidlə bağlı klubu ilə razılıq əldə edib.

90deqiqe.Az-ın "Sky Sports"a istinadən məlumatına görə, futbolçunun şəxsi müqaviləsinin şərtləri problem yaratmır. 

Məlumata görə, “Mançester Siti” artıq “Bornmut”la danışıqlara başlayıb və 65 milyon funt sterlinq məbləğində çıxış maddəsinin ödənilməsi üzərində işləyir. Bu məbləğ avro ilə təxminən 74,5 milyon təşkil edir.

Cari mövsümdə Antuan Semenyo “Bornmut”un heyətində 18 matça çıxıb. 25 yaşlı futbolçu bu görüşlərdə 9 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Mançester Siti” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.







Transfer