- Transfer
- 23:59 29.12.2025
"Arsenal” sabiq futbolçusu və hazırda baş məşqçiliklə məşğul olan Qael Klişinin yeni iş yeri bəlli olub.
90deqiqe.Az xəbər verir ki, 40 yaşlı mütəxəssis Fransanın üçüncü divizion klubunda çıxış edən "Kan" klubunu çalışdıracaq.Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Müqavilənin müddəti açıqlanmayıb. Klub hazırda 10-cu sıradadır və liderlik uğrunda mübarizə aparır.
Qeyd edək ki, "Kan"ın səhmlərinin əksəriyyəti "Real Madrid" və Fransa millisinin ulduzu Kilian Mbappenin şirkətinə məxsusdur. Qael Klişi təxminən bir il yarımdır ki, məşqçilikdən kənardadır. 2024-cü il Olimpiadasından sonra Klişi Fransanın 21 yaşadək futbolçulardan ibarət komandasından ayrıldı və orada Tyerri Anrinin heyətində yer almışdı.