30 dekabr 2025. Çərşənbə axşamı

Ruben Neveş İngiltərə Premyer Liqasına qayıda bilər


  • Transfer
  • 23:55 29.12.2025
  • Oxunma sayı: 39
Ruben Neveş İngiltərə Premyer Liqasına qayıda bilər

"Əl-Hilal"ın yarımmüdafiəçisi Ruben Neveş yaxın gələcəkdə İngiltərə Premyer Liqasına qayıda bilər.

90deqiqe.Az xəbər verir ki, "Mançester Yunayted" portuqaliyalının nümayəndələri ilə qeyri-rəsmi danışıqlar aparıb.

Baş məşqçi Ruben Amorim qış transfer pəncərəsində komandanın orta xəttini gücləndirmək istəyir və bu səbəbdən Neveşin xidmətlərinə müraciət edib.

Ruben Neveşin "Əl-Hilal" ilə müqaviləsi 2026-cı ilin yayına qədər etibarlıdır və Səudiyyə klubu futbolçunu yanvarda təxminən 10 milyon funt sterlinq qarşılığında satmağa hazırdır. Lakin Manchester United hələ rəsmi təklif göndərməyib.

28 yaşlı yarımmüdafiəçi 2023-cü ildə "Vulverhempton"dan "Əl-Hilal"a keçib və 55 milyon avro qarşılığında transfer olunub. Hazırki mövsümdə Neveş klub səviyyəsində 22 matçda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Transfermarkt portalına görə, futbolçunun dəyəri 25 milyon avrodur.







Transfer