- Transfer
- 23:59 29.12.2025
“Bornmut”un vingeri Antuan Semenyo yaxın vaxtlarda “Mançester Siti”nin futbolçusu ola bilər.
90deqiqe.Az xəbər verir ki, bazar ertəsi klublar arasında 25 yaşlı futbolçu ilə bağlı “müsbət” danışıqlar aparılıb.
“Albalılar”ın rəhbərliyi qanalı oyunçunun transferinin növbəti 48 saat ərzində rəsmiləşdiriləcəyini gözləyir. Tərəflər keçidin şərtləri üzrə razılığa gəliblər.
Bundan əvvəl “şəhərlilər”in Antuan Semenyonun özü ilə də müqavilə şərtlərini razılaşdırdığı barədə məlumat yayılmışdı. Futbolçu ilə “Mançester Yunayted”, “Liverpul”, “Tottenhem” və digər klublar da maraqlanırdı.
Transfermarkt portalının məlumatına görə, “Bornmut”un ulduzunun bazar dəyəri 65 milyon avro təşkil edir.