30 dekabr 2025. Çərşənbə axşamı

“Verder” “Şaxtyor”un futbolçusu ilə maraqlanır


  • Transfer
  • 10:26 30.12.2025
  • Oxunma sayı: 36
“Verder” “Şaxtyor”un futbolçusu ilə maraqlanır

Donetsk “Şaxtyor”unun sağ cinah müdafiəçisi Yefim Konoplya karyerasını Almaniyada davam etdirə bilər.

90deqiqe.Az-ın "Sport.ua"ya istinadən məlumatına görə, “Verder” 26 yaşlı futbolçunun transferində maraqlıdır və onu qış transfer dövründə heyətinə qatmağı planlaşdırır. Tərəflər arasında razılaşma əldə olunmasa, Bremen klubu 2026-cı ilin yayında, futbolçunun azad agent olacağı vaxt bu varianta yenidən baxa bilər.

Məlumata görə, Konoplya artıq klubunu dəyişmək qərarı verib. Müdafiəçinin “Şaxtyor”la mövcud müqaviləsi 2026-cı ilin sentyabr ayının sonunadək qüvvədədir.

Ukraynalı futbolçu karyerasının əsas hissəsini Donetsk klubunda keçirib. O, 2019–2021-ci illərdə icarə əsasında “Desna”da çıxış edib.







Transfer