- Transfer
- 16:36 30.12.2025
İngiltərənin “Tottenhem” klubunun hücumçusu Brennan Conson yaxın gələcəkdə komandasını dəyişə bilər.
90deqiqe.Az-ın “The Athletic” ə istinadən məlumatına görə, “Kristal Pelas” 24 yaşlı futbolçunun transferi ilə bağlı “Tottenhem”lə razılığa gəlib. Tərəflər təxminən 40 milyon avro dəyərində keçid üzərində anlaşma əldə ediblər.
Lakin qeyd olunur ki, Consonun özü hələ gələcəyi ilə bağlı yekun qərar verməyib. Futbolçuya digər klublar da maraq göstərir və “Kristal Pelas” onun üçün yalnız mümkün variantlardan biridir.
2025/2026 mövsümündə Brennan Conson bütün turnirlərdə 21 oyunda iştirak edib və 4 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 35 milyon avro olaraq qiymətləndirir.