30 dekabr 2025. Çərşənbə axşamı

“Barselona” “İnter”in müdafiəçisini hədəfə alıb


  • Transfer
  • 16:21 30.12.2025
  • Oxunma sayı: 47
“Barselona” “İnter”in müdafiəçisini hədəfə alıb

“Barselona” klubu “İnter”in müdafiəçisi Stefan de Vreyi transfer etməkdə maraqlıdır.

90deqiqe.Az-ın "Mundo Deportivo"ya istinadən məlumatına görə, niderlandlı futbolçunun mümkün gedişi birbaşa olaraq Milan klubunun yeni mərkəz müdafiəçisi transfer edib-etməyəcəyindən asılıdır. “İnter” “Latsio”nun üzvü Mario Qila və “Sassuolo”da çıxış edən Tarik Muharemoviçi diqqətdə saxlayır. Əgər Milan təmsilçisi bu futbolçulardan birini heyətinə cəlb etsə, de Vreylə yolların ayrılması gündəmə gələ bilər.

Qeyd edək ki, Stefan de Vrey 2018-ci ildə “Latsio”dan azad agent kimi “İnter”ə keçib. Onun klubla müqaviləsi 2026-cı il iyunun 30-dək qüvvədədir. Cari mövsümdə 33 yaşlı müdafiəçi Milan təmsilçisinin heyətində 11 oyuna çıxsa da, məhsuldarlıq göstəricisi ilə yadda qalmayıb. Transfermarkt portalı futbolçunun transfer dəyərini 3,5 milyon avro olaraq qiymətləndirir.







Transfer