- Transfer
- 16:36 30.12.2025
Braziliyalı hücumçu Hulk “Atletiko Mineyro”dan ayrılmağa yaxındır.
90deqiqe.Az-ın məlumatına görə, 39 yaşlı futbolçunun transferində “Botafoqo” klubu maraqlıdır. Bildirilir ki, “Atletiko Mineyro” artıq hücumçunun mümkün keçidi ilə bağlı danışıqlara başlayıb.
Qeyd edək ki, Hulk 2021-ci ildə “Şanxay Port” klubundan “Atletiko Mineyro”ya azad agent kimi transfer olunub. Onun Braziliya təmsilçisi ilə müqaviləsi 2026-cı il dekabrın 31-dək qüvvədədir. Cari mövsümdə təcrübəli futbolçu 61 oyunda meydana çıxıb, 21 qol vurub və 8 məhsuldar ötürmə edib. Transfermarkt portalı Hulkun bazar dəyərini 1,2 milyon avro olaraq qiymətləndirir.
Xatırladaq ki, Hulk 2012–2016-cı illərdə Rusiyanın “Zenit” klubunda çıxış edib. O, Sankt-Peterburq təmsilçisi ilə Rusiya çempionluğu, həmçinin ölkə kuboku və superkubokunu qazanıb.