- Transfer
- 23:53 30.12.2025
“Liverpul”un müdafiəçisi İbrahima Konate ətrafında yaranan transfer söz-söhbətləri davam edir.
90deqiqe.Az-ın "Sky Sports"a istinadən məlumatına görə, “Real Madrid”in fransalı futbolçuya marağı xeyli azalıb.
Bildirilir ki, Mersisayd klubu Konateni heyətdə saxlamaq üçün onunla yeni müqavilə bağlamağa çalışır. Bununla belə, “Liverpul” mövcud maaş balansını pozmaq niyyətində deyil.
Qeyd edək ki, 26 yaşlı müdafiəçinin hazırkı müqaviləsi mövsümün sonunda başa çatır. Əgər yeni anlaşma əldə olunmasa, Konate yayda azad agent kimi başqa kluba keçə bilər.