31 dekabr 2025. Çərşənbə

Natan Ake “Mançester Siti”dən ayrılmaq istəyir


  • Transfer
  • 21:22 30.12.2025
  • Oxunma sayı: 44
Natan Ake “Mançester Siti”dən ayrılmaq istəyir

“Mançester Siti”nin müdafiəçisi Natan Ake qış transfer pəncərəsində klubunu dəyişmək variantını nəzərdən keçirir.

90deqiqe.Az-ın "talkSPORT"a istinadən məlumatına görə, Niderland millisinin futbolçusu Premyer Liqada qalmaq uğrunda mübarizə aparan kluba keçmək istəmir.

Ake turnir cədvəlinin 18-ci sırasında yer alan “Vest Hem”ə transfer variantını qəbul etməyib.

Futbolçu bu qış “Siti”dən ayrılmağa etiraz etmir, lakin yeni klub seçərkən onun turnir ambisiyalarını əsas meyar kimi nəzərə alır. Müdafiəçiyə İngiltərənin bir neçə klubu maraq göstərir.







Transfer